• Bakı 26° C

    1.47 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Füzulidə yanğın meşə massivinə keçdi - Y​ENİLƏNİB​​​​​​

CƏMİYYƏT

23 Iyul 2025 | 18:13 | Müəllif: Əli Hüseynov

Füzulidə yanğın meşə massivinə keçdi - Y​ENİLƏNİB​​​​​​

İşğaldan azad edilən ərazilərdə daha bir yanğın ocağı baş verib.

Bakıvaxtı.az xəbər verir ki, Füzuli rayonunun Yuxarı Yağlıvənd, Cəmilli, Divanallar kəndi və Xocavənd rayonunun Hadrut qəsəbəsində yanğın müşahidə olunur.

Hadrut qəsəbəsi ərazisində olan alov artıq meşə massivinə keçib. Hazırda yanğının söndürülməsi üçün əraziyə FHN-in Cəbrayıl, Beyləqan və Xocavənd rayonlarındakı yanğınsöndürən avtomobilləri və əməkdaşları cəlb edilib.

Yanğının söndürülməsi istiqamətində işlər davam edir.

 

***17:36

Füzuli rayonu, Yuxarı Yağlıvənd kəndi yaxınlığında dağlıq ərazidə açıq sahədə yanğın baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumatla əlaqədar əraziyə FHN-in Aviasiya dəstəsinin helikopteri və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026