• Bakı 26° C

    5.69 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.1634

ARDNF-nin AÇG-nin işlənməsindən gəlirləri 47 %-dən çox artıb

İQTİSADİYYAT

23 Iyul 2025 | 13:06

ARDNF-nin AÇG-nin işlənməsindən gəlirləri 47 %-dən çox artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsindən 4 milyard 427,3 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.

Bu barədə Bakıvaxtı.az-a Fonddan məlumat verilib.

Bu, 2024-cü ilin birinci yarım ili ilə müqayisədə 1 milyard 422 milyon ABŞ dolları və yaxud 47,3 % çoxdur.

Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (31,655 %), “MOL Group” (9,57 %) INPEX (9,31 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,925 %) pay sahibidir.


SON XƏBƏRLƏR