Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) rəqəmsal həllərin tətbiqi ilə bağlı işlər aparılır.
Bakıvaxtı.az xəbər verir ki, bunu “Middle Corridor Multimodal Ltd.”nin İdarə heyətinin sədri Aybek Bijanov bildirib.
Onun sözlərinə görə, “Middle Corridor Multimodal Ltd.” Orta Dəhlizdə vahid operator kimi çıxış etməyi planlaşdırır: “Bizim səhmdarlarımız Azərbaycan, Qazaxıstan və Gürcüstanın dəmir yollarıdır. Biz bütün marşrut boyu üç ölkənin dəmir yolu qurumlarının maraq və səylərini birləşdirəcəyik. Bu, TBNM-nin yükdaşıyıcıları üçün şəffaf və təxmin edilən olması ilə nəticələnəcək”.
A.Bijanov qeyd edib ki, hazırda TBNM üzrə rəqəmsal həllər tətbiqi əllə aparılan proseslərin minimuma endirilməsinə, yükdaşıma müddətinin azalmasına səbəb olacaq: "Biz Orta Dəhlizin rəqabətə davamlı, bütöv beynəlxalq marşrut kimi fəaliyyət göstərməsinə şərait yaradacağıq”.