• Bakı 20° C

    11.37 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.0614

SOCAR və Çinin CC7 şirkəti neft və neft kimyası sahəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər

İQTİSADİYYAT

21 Avqust 2025 | 19:16

SOCAR və Çinin CC7 şirkəti neft və neft kimyası sahəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər

 SOCAR-ın prezidenti Rövşən Nəcəf Çin Milli Kimya Mühəndisliyi və İnşaat Korporasiyasının (CC7) İdarə Heyyətinin sədri Long Haiyangın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Bakıvaxtı.az-a SOCAR-dan bildirilib.

Görüşdə SOCAR-ın enerji sektoru üzrə fəaliyyət istiqamətləri, Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi strateji layihələr barədə məlumat verilib. Azərbaycan və üçüncü ölkələrdə neft və neft-kimya sənayesi sahəsində mümkün əməkdaşlıq imkanları müzakirə edilib.

Qeyd edək ki, CC7 Çinin ən böyük EPC podratçılarından biri olan CNCEC-in törəmə şirkətidir. 1964-cü ildə əsası qoyulmuş və baş ofisi Çenqdu şəhərində yerləşən CC7 Asiya, Yaxın Şərq və Afrikada kimya və qeyri-kimya sektorlarında fəaliyyət göstərir.


SON XƏBƏRLƏR

05 Oktyabr 2025
04 Oktyabr 2025