• Bakı 15° C

    7.38 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Paşinyan: Azərbaycandan benzin idxalı bazarımızda...

SİYASƏT

13 Yanvar 2026 | 15:47 | Müəllif: Əli Hüseynov

Paşinyan: Azərbaycandan benzin idxalı bazarımızda...

Azərbaycandan Ermənistana benzin idxalı ölkə bazarında yanacağın qiymətinin 15 % aşağı düşməsinə səbəb olub.

Bakıvaxtı.az Ermənistan mediasına istinadən xıbır verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan bildirib.

"2025-ci ilin dekabr ayının ortalarından etibarən Ermənistana Azərbaycan istehsalı olan benzin idxal olunmağa başlayıb. Azərbaycandan əsasən "Premium" markalı benzin idxal olunur. Ermənistan bazarında bu növ benzinin qiyməti 15 % aşağı düşüb (bir litr üçün 510 dram əvəzinə 430 dram)", - o deyib.

Baş nazir qeyd edib ki, iki gün əvvəl Azərbaycandan Ermənistana dizel yanacağı idxal olunub.

"Dizel yanacağı 2 % ucuzlaşıb. "Regular" markalı benzinin qiyməti də dekabrla müqayisədə təxminən 8 % azalıb (11 dekabr tarixinə bu benzin növünün bir litri 500 dram idisə, indi 460 dramdır). Bu, sülh gündəliyinin nəticələri və faydalarıdır", - N.Paşinyan vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR