• Bakı C

    7.61 m/s

  • USD - 1.7

    EUR - 2.0165

    RUB - 2.1985

Cənubi Çin dənizində gərginlik: Dialoq güc balansını dəyişə biləcəkmi?

SİYASƏT

12 Fevral 2026 | 14:21

Cənubi Çin dənizində gərginlik: Dialoq güc balansını dəyişə biləcəkmi?

Cənubi Çin dənizində son illər hərbi aktivliyin artması və böyük güclər arasında rəqabətin dərinləşməsi regionu qlobal təhlükəsizlik gündəminin əsas mövzularından birinə çevirib. Belə bir şəraitdə Filippin rəhbərliyinin Pekinlə dialoq kanallarını açıq saxlamağa üstünlük verməsi diqqət çəkir. Bu addımın bölgədə formalaşan güc balansına real təsir göstərib-göstərməyəcəyi isə müzakirə olunan əsas suallardandır.

Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan politoloq Elçin Xalidbəyli bildirib ki, Çin hazırda dünyanın ən güclü dövlətlərindən biridir və supergüc statusuna malikdir. Rəsmi Pekin Çinə aid bölgələrdə, eləcə də təsir dairəsində olan ərazilərdə mövqelərini daha da möhkəmləndirməyə çalışır.

Politoloqun sözlərinə görə, təbii ki, bu yanaşma Cənubi Çin dənizinə də aiddir. Hazırda həmin bölgədə Çinin hərbi imkanları genişlənməkdədir. Xüsusilə də bölgədə gərginlik ABŞ-nin öz hədəflərini dəyişməsi fonunda daha da artmağa başlayıb:

"Gərginliyin artması region dövlətləri üçün də kifayət qədər ciddi problemlər yaradır. Bu vəziyyət Çin-Filippin münasibətlərində də özünü göstərir. Bölgənin önəmli dövlətlərindən biri olan Filippin hərbi qarşıdurmada maraqlı deyil. Çünki belə bir addım əvvəlcədən məğlubiyyətə bərabər davranış kimi qiymətləndirilə bilər".

Elçin Xalidbəyli: Vəziyyət Çinin atacağı addımlardan asılıdır

Müsahibimiz bildirib ki, ona görə də Filippin ilk növbədə Çinlə siyasi dialoqun reallaşdırılmasına üstünlük verir. Burada isə rəsmi Pekinin verəcəyi reaksiya xüsusi əhəmiyyət daşıyır. Çünki Pekin də hərbi qarşıdurmaya xüsusi həvəs göstərən siyasi iradə mərkəzi sayılmır, əsasən problemlərini siyasi dialoq və iqtisadi-ticari münasibətlərin inkişafı vasitəsilə həll etməyə çalışır:

"Cənubi Çin dənizi ətrafında yaranmış vəziyyət bu baxımdan Çinin atacağı addımlardan asılıdır. Son dövrlərdə ABŞ ilə münasibətlərin son həddə qədər gərginləşməsi, iki ölkə arasında qarşıdurmanın maksimum səviyyəyə çatması Çini hərbi faktoru daha çox ön plana çıxarmağa məcbur edib.

Bu baxımdan ehtimal etmək olar ki, Cənubi Çin dənizi ətrafında güc balansı böyük ölçüdə rəsmi Pekinin verəcəyi qərarlardan asılı olacaq".

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR