• Bakı C

    7.61 m/s

  • USD - 1.7

    EUR - 2.0165

    RUB - 2.1985

İranla enerji sahəsində əməkdaşlıq müzakirə edildi

SİYASƏT

12 Fevral 2026 | 15:12

İranla enerji sahəsində əməkdaşlıq müzakirə edildi

Azərbaycan və İran arasında iki ölkə arasında energetika sahəsində əməkdaşlığın mövcud vəziyyəti müzakirə edilib.

Bakıvaxtı.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu müzakirələr nazir Pərviz Şahbazovun İranın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilunu qəbul zamanı aparılıb.

Görüşdə iki ölkə arasında energetika sahəsində birgə həyata keçirilən layihələr, onların icra vəziyyəti və gələcək inkişafına dair fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, yaxın günlərdə Bakıda keçiriləcək Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının növbəti iclası mövcud layihələrin icrasının sürətləndirilməsinə də mühüm töhfə verəcək.


SON XƏBƏRLƏR