• Bakı C

    15.42 m/s

  • USD - 1.7

    EUR - 1.9832

    RUB - 2.1692

Naxçıvanın bəzi ərazilərində işıq olmayacaq

CƏMİYYƏT

13 Yanvar 2026 | 19:17

Naxçıvanın bəzi ərazilərində işıq olmayacaq

Yanvarın 14-də Naxçıvan şəhərində “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən planlı təmir-bərpa işləri aparılacaq.

RETSİ-dən Bakıvaxtı.az-a bildirilib ki, bu səbəbdən 110/35/10 kV-luq Koroğlu yarımstansiyasından çıxan 10 kV-luq "Yeni Naxçıvan" hava elektrik verilişi xətti razılaşdırılmış sifarişə əsasən açılacaq.

Eyni zamanda, milli SCADA sisteminin qurulması məqsədilə 377 nömrəli transformator yarımstansiyasında yenidənqurma işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq, Naxçıvan şəhərinin Qoçüstü məhəlləsində saat 11-dən 13-dək elektrik enerjisinin verilişində fasilə olacaq.


SON XƏBƏRLƏR