• Bakı C

    10.72 m/s

  • USD - 1.7

    EUR - 1.9832

    RUB - 2.1692

Azərbaycan 3 ölkədən təbii bal tədarükünü bərpa edib

CƏMİYYƏT

13 Yanvar 2026 | 14:53

Azərbaycan 3 ölkədən təbii bal tədarükünü bərpa edib

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan 478 min ABŞ dolları dəyərində 85,3 ton təbii bal idxal edib.

Bakıvaxtı.az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 26 %, kəmiyyət olaraq – 25 % azdır.

Hesabat dövründə Azərbaycan Türkiyədən 128,1 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 49 % az) 22,55 ton (-41 %), Ukraynadan 100,8 min ABŞ dolları dəyərində 20,2 ton, Rusiyadan 79 min ABŞ dolları dəyərində (-74 %) 16 ton (-74 %), Belarusdan 54,5 min ABŞ dolları dəyərində 8,7 ton (1 il əvvəl tədarük olmayıb), Gürcüstandan 44 min ABŞ dolları dəyərində (+13 %) 8,8 ton (+17 %) məhsul alıb.

Azərbaycan 5 il 9 aylıq fasilənin ardından Böyük Britaniyadan (0,1 min ABŞ dolları dəyərində 0,02 ton), 5 il 6 ayın tamamında Macarıstandan (0,1 min ABŞ dolları dəyərində 0,01 ton) və 2 il 3 aydan sonra Meksikadan (0,5 min ABŞ dolları dəyərində 0,07 ton) tədarükü bərpa edib.

2024-cü ildə Azərbaycana 11 ölkədən idxal edilmiş 139 ton təbii balın 49 %-i Rusiyanın, 33 %-i Türkiyənin, 12 %-i Gürcüstanın payına düşüb.

 

 

 


SON XƏBƏRLƏR