• Bakı 26° C

    4.9 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Ramiz Mehdiyevin evindən görüntülər – FOTO - VİDEO

CƏMİYYƏT

12 Fevral 2026 | 14:46

Ramiz Mehdiyevin evindən görüntülər – FOTO - VİDEO

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən dövlət hakimiyyəti əleyhinə yönələn cinayət əməlləri ilə bağlı araşdırma tədbirləri həyata keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, DTX-nin məlumatında Ramiz Mehdiyevin evində çəkilən görüntülər də yayılıb.

Bildirilib ki, Azərbaycan Respublikasının vətəndaşı Mehdiyev Ramiz Ənvər oğlu əməlləri ilə dövlət hakimiyyətinin xarici xüsusi xidmət orqanlarının köməyi ilə ələ keçirilməsi və konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər etmiş, xarici dövlətin nümayəndələrinə Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd kömək etməklə dövlətə xəyanət edib.

Bundan əlavə, Ramiz Mehdiyev 13 oktyabr 2025-ci il tarixinədək olan müddətdə cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq pul vəsaitini leqallaşdırıb.

Qeyd edilib ki, cinayət işi üzrə araşdırmalar davam etdirilir.

 


Ramiz Mehdiyevin evindən görüntülər – FOTO - VİDEORamiz Mehdiyevin evindən görüntülər – FOTO - VİDEORamiz Mehdiyevin evindən görüntülər – FOTO - VİDEORamiz Mehdiyevin evindən görüntülər – FOTO - VİDEO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026