• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

"Botoksdan sonra udquna, başımı qaldıra bilmirdim" - Nərgiz Mirbabayeva

ŞOU

02 Oktyabr 2026 | 21:20 | Müəllif: Subhan Mahmudov

"Botoksdan sonra udquna, başımı qaldıra bilmirdim" - Nərgiz Mirbabayeva

Xalq artisti Miri Yusifin bloger xanımı Nərgiz Mirbabayeva botoksla bağlı etiraf edib.

Bakıvaxtı.az xəbər verir ki, bloger prosedurdan sonra ciddi problemlər yaşadığını bildirib. Nərgiz qeyd edib ki, botoksu illərdir müraciət etdiyi həkimə etdirib:

"İyunda botoks etdirdim. Uğursuz prosedur deyə bilmərəm, çünki illərdir getdiyim həkim etmişdi. Amma məndə reaksiya yarandı. Göz qapaqlarım düşdü, danışa və udquna bilmirdim. Bir ay uşaq yeməyi ilə qidalandım. Hətta qollarımı tərpədə, başımı yataqdan qaldıra bilmirdim. Çox əziyyət çəkdim.

Botoks etdirməyi bir il müddətinə özümə qadağa qoydum. Düşünürəm ki, belə də gözələm".

Qeyd edək ki, cütlüyün 3 övladı var. 

Xatırladaq ki, bir çox tanınmış yayda etdirdiyi botokslardan sonra problemlərlə qarşılaşdığını açıqlamışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026