• Bakı 19° C

    3.52 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

Asılılıqdan qurtulmaq üçün milyonlar xərclədi

ŞOU

02 Oktyabr 2026 | 23:22 | Müəllif: Subhan Mahmudov

Asılılıqdan qurtulmaq üçün milyonlar xərclədi

“Friends” serialının ulduzu Metyu Perrinin bacısı Mia Perri Bouik aktyorun ölümündən sonra ilk dəfə müsahibə verib.

Bakıvaxtı.az xəbər verir ki, “Netflix”in aktyor haqqında hazırladığı sənədli filmin treylerində Mia qardaşının asılılıqla mübarizəsindən danışıb. Onun sözlərinə görə, aktyor bəzən daxilində hiss etdiyi boşluğu və tənhalığı heç nəyin doldura bilmədiyini deyib.

“Metyu asılılığından qurtulmağa çalışarkən 7 milyon dollar xərclədi. Onun xəstəliyinə nə qədər ciddi yanaşdığını bu rəqəm göstərir” deyə, aktyorun bacısı bildirib.

Qeyd edək ki, 54 yaşlı Metyu Perri 28 oktyabr 2023-cü ildə vəfat edib. Los-Anceles dairəsinin tibbi ekspertizasının məlumatına görə, aktyorun ölüm səbəbi kəskin ketamin təsiri olub. Ölümündən əvvəlki üç gün ərzində Perri psixi sağlamlıq problemlərinin müalicəsi üçün həkimi tərəfindən təyin olunan dozadan əlavə 27 doza ketamin qəbul edib./Axşam.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Oktyabr 2026