• Bakı C

    7.61 m/s

  • USD - 1.7

    EUR - 2.0165

    RUB - 2.1985

Türkiyədə tapılan PUA Rusiyaya məxsus imiş

CƏMİYYƏT

12 Fevral 2026 | 13:20

Türkiyədə tapılan PUA Rusiyaya məxsus imiş

Türkiyə Milli Müdafiə Nazirliyi Ordu vilayətinin Ünye rayonunda sahildə tapılan və quruya çıxmış vəziyyətdə olan pilotsuz uçuş aparatının (PUA) Rusiyaya məxsus olduğunu açıqlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, nazirlik bildirib ki, 10 fevral 2026-cı il tarixində Ünye rayonunda sahildə bir PUA-nın aşkar edilməsi ilə əlaqədar 11 fevralda əraziyə 1 Sualtı Müdafiə qrupu göndərilib.

Məlumata əsasən, aparılan yoxlamalar zamanı PUA-nın içərisində partlayıcı maddənin olmadığı müəyyən edilib.

Rusiyaya məxsus olduğu qiymətləndirilən pilotsuz uçuş aparatı araşdırma aparılması üçün Ünye Polis İdarəsinə təhvil verilib./APA


SON XƏBƏRLƏR