• Bakı C

    6.1 m/s

  • USD - 1.7

    EUR - 1.9857

    RUB - 2.1942

15 yaşlı qıza zorakılıqla bağlı iş adamlarının oğlanları tutuldu - YENİLƏNİB

CƏMİYYƏT

13 Yanvar 2026 | 17:47

15 yaşlı qıza zorakılıqla bağlı iş adamlarının oğlanları tutuldu - YENİLƏNİB

Beyləqanda 15 yaşlı yeniyetməyə qarşı seksual xarakterli hərəkətlər etməkdə şübhəli qismində saxlanılan şəxslər barəsində qərar verilib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı təqdimata Beyləqan Rayon Məhkəməsində baxılıb.

    Qərara əsasən, təqdimat təmin edilib, Hikmət Əkbərli, İkram Süleymanlı, Həzi Sadıqov, Xəyal Qəhrəmanov, Elgün Aslanlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

    Qeyd edək ki, Beyləqan rayonunda 15 yaşlı yeniyetməyə qarşı seksual xarakterli hərəkətlər edilməsilə bağlı polisə məlumat daxil olub. Məlumat əsasında cinayət işi başlanılıb və keçirilən əməliyyatla 5 nəfər şübhəli şəxs qismində saxlanılıb.

    Onlara qarşı Cinayət Məcəlləsinin 152.4.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə, təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

    ***

    14:08

    Beyləqan rayonunda 15 yaşlı qıza qarşı seksual xarakterli hərəkətlər edilməsi ilə bağlı saxlanılan şəxslərin bir neçəsinin kimliyi məlum olub. 

    Bakıvaxtı.az Nocomment.a-a istinadən xəbər verir ki, onlardan biri Beyləqan rayonunda iş adamı kimi tanınan Qəhrəman Qəhrəmanovun oğlu Xəyal Qəhrəmanovdur.

    15 yaşlı qıza qarşı zorakılıqda şübhəli bilinənlər arasında Sadıqov Həzi Əsgər oğlu, Aslanlı Elgün İbad oğlunun da adının olduğu deyilir. Sayt yazır ki, bu şəxslərin valideynləri rayonda geniş biznes imkanlarına sahibdirlər.

    Onlardan Xəyal Qəhrəmanov dəbdəbəli həyat tərzi ilə seçilib. Sosial platformada onun bir çox bahalı avtomobilləri ilə fotoları yayımlanıb.

    Xatırladaq ki, faktla bağlı rayon polis şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə beş nəfər şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.


    SON XƏBƏRLƏR

    03 Mart 2026