• Bakı 24° C

    15.9 m/s

Azərbaycanda dizel yanacağı istehsalı 4%-ə yaxın artıb

İQTİSADİYYAT

21 Avqust 2025 | 20:48

Azərbaycanda dizel yanacağı istehsalı 4%-ə yaxın artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 1,4 milyon ton qazoyllar (dizel yanacağı) istehsal edilib.

Bakıvaxtı.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 52,5 min ton və ya 3,9% çoxdur.

Belə ki, ötən ilin yanvar-iyul aylarında ölkədə 1,3 milyon ton qazoyllar (dizel yanacağı) istehsal olunmuşdu.

Bu ilin avqustun 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 143,9 min ton təşkil edib.

Qeyd edək ki, Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3,1 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz artıb.


SON XƏBƏRLƏR