• Bakı 26° C

    5.69 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.1634

Neft Fondu vəsaitlərin idarə olunmasından 3.1 mlrd. manat gəlir əldə etdi

İQTİSADİYYAT

23 Iyul 2025 | 14:05

Neft Fondu vəsaitlərin idarə olunmasından 3.1 mlrd. manat gəlir əldə etdi

1 iyul 2025-cü il tarixinə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) cəmi investisiya portfeli 66 515.2 mln. ABŞ dollarına çatıb.

Bakıvaxtı.az ARDNF-nin hesabatlarına əsasən xəbər verir ki, investisiya portfelinin 66.5%-ni (44 215.9 milyon) ABŞ dolları təşkil edib.

2025-cü il 1 iyul tarixinə avro ARDNF-in investisiya portfelinin 20.9%-ni, funt sterlinq – 5.1%-ni, Çin yuanı – 2.4%-ni, Yaponiya yeni – 1,4%-ni, digər valyutalar isə 3.7%-ni təşkil edib.

Məlumata görə, ABŞ dolları portfelinin 19 133,2 milyon dollarlıq hissəsini (28,8%) qızıl investisiyaları təşkil edir.

Qeyd edək ki, cari ilin I yarımilində ARDNF-nin vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər 3 089,8 mln manat təşkil edib.


SON XƏBƏRLƏR