Xaricdə natamam ali təhsil alan şəxslərə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə köçürülmək üçün müraciət etmək hüququ verən qismən akademik şəhadətnamə əldə etmək məqsədilə müəyyən olunmuş 05 iyun – 09 iyul 2025-ci il tarixlərində 192 nəfər şəxsin müraciəti qeydə alınıb.
Bu barədə Bakıvaxtı.az-a TKTA-dan məlumat verilib.
Bildirilib ki, bunlardan 171-i barədə müsbət qərar verilərək: "Qazanılmış AKTTS sayının qeyd olunduğu müvafiq şəhadətnamələr təqdim edilmiş, 6 nəfərin müraciəti mənfi qərarla yekunlaşmış və 15 nəfərin sənədləri isə sənəd çatışmazlığına görə geri qaytarılmışdır.Mənfi qərarla yekunlaşan müraciətlərə nümunə olaraq 2 fakt üzrə dövlət nümunəli olmayan transkript (saxta transkript), 2 fakt üzrə tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olması, 1 fakt üzrə dövlət nümunəli olmayan transkript (saxta transkript) və saxta apostil, 1 fakt üzrə isə dövlət nümunəli olmayan transkript (saxta transkript) və tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olması təsbit edilmişdir".