• Bakı C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.9767

    RUB - 2.1982

“Batmaq ehtimalları yoxdur, bəlkə də, İrana gedib çıxıblar...” - VİDEO

CƏMİYYƏT

10 Dekabr 2025 | 18:50

“Batmaq ehtimalları yoxdur, bəlkə də, İrana gedib çıxıblar...” - VİDEO

"Səhər saat 8-də evdən çıxdılar. Saat 2-dən sonra bizimlə əlaqə saxladılar. Ancaq mühərrikin səsindən nə dediklərini anlamadıq".

Bakıvaxtı.az xəbər verir ki, bunu Astara rayonu ərazisində itkin düşən balıqçı Ağadədə Həsənovun əmisi bildirib.

"Saat 4-də ehtimal etdik ki, yanacaqları bitib. Bundan sonra qayıq göndərdik və aidiyyəti qurumlara məlumat verdik. Səhərədək dayanmadan axtarış aparılıb. Burada batmaq ehtimalı yoxdur, yanacaq bitə bilər və ya mühərrikin nasaz olması ehtimalı var. Belə hallarda isə mütləq şəkildə helikopter lazımdır. Yoxsa onları xilas etmək olmaz. Ya da bizə Xarici İşlər Nazirliyindən məlumat verilsin, bəlkə, uşaqlar İrana gedib çıxıblar", - deyə o əlavə edib.

Qeyd edək ki, Xəzər dənizində qohum olan iki nəfər itkin düşüb. Bunlar 1997-ci il təvəllüdlü Turan Həsənov və 1999-cu il təvəllüdlü Ağadədə Həsənovdur.

Daha ətraflı İctimai TV-nin süjetində: 


SON XƏBƏRLƏR