“Sertifikasiya dövrü dedikdə etibarlılılq müddəti nəzərdə tutulur. Mövcud qərara əsasən sertifikasiyanın müddətinə 1 il qalmış şəxslər 50 kredit balı toplayırsa, onlar avtomatik yenilənir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayımda Nazirliyin Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin Səhiyyə mütəxəssislərinin sertifikasiya şöbəsinin müdiri Şərafət İsmayılova bildirib.
Onun sözlərinə görə, əgər müddətin bitməsinə bir neçə il qalıbsa, birinci il 50, ikinci il 50 bal toplayıblarsa, yenə də avtomatik olaraq yenilənmə aparılır”.
“Bu, bütün tibb işçilərinə aiddir”.
Ş,İsmayılova bildirib ki, 3 il ərzində toplam 150 bal toplamaqla sertifikatı avtomatik yeniləmək mümkündür.
“Qeyd edim ki, həkimlər öz sahələri üzrə tədbirlərdə, kurslarda iştirak etsələr, daha yaxşı olar”, - deyə Şərafət İsmayılova bildirib.
Zeynəb Rzayeva
Bakı 



