“Bəzi hallarda mütəxəssislərin sertifikatının qüvvədəolma müddəti, nə qədər gün və ya ay qaldığı, topladığı balın ixtisasına uyğun olub-olmadığı kimi məsələləri ayrıca araşdırmaq tələb olunur. Çünki bu, hər bir şəxs üçün fərdi yanaşma tələb edən prosesdir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Nazirliyin Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin Səhiyyə mütəxəssislərinin sertifikasiya şöbəsinin müdiri Şərafət İsmayılova bildirib.
O əlavə edib ki, qaydalara əsasən, sertifikatının etibarlılıq müddətinin bitməsinə bir ildən az qalan şəxslər xüsusi qaydada araşdırılır. Əvvəlki tənzimləmədə olduğu kimi, əgər sertifikatın müddəti, məsələn, dekabrın 27-də başa çatırsa, həmin şəxslərə sertifikatsız qalmamaları üçün artıq ayın əvvəlində yeni sertifikat təqdim edilirdi. Məqsəd praktik tibb fəaliyyətində fasilə yaranmasına yol verməməkdir:
"Hazırda da eyni prinsiplə proses davam etdirilir. Hər ay üzrə yanvarda, fevralda və digər aylarda sertifikat müddəti başa çatan şəxslərin siyahısı araşdırılır, kimlərin yalnız imtahan yolu ilə sertifikat ala biləcəyi müəyyən olunur və həmin şəxslər imtahana yönləndirilir".
Zeynəb Rzayeva
Bakı 



