Şahin Məhərrəm oğlu Əliyev Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru vəzifəsindən azad edilib.
Bakıvaxtı.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Digər bir sərəncamla Rövşən Rəhim oğlu İsmayılov Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru təyin edilib.
Bakı 



