“5 ildir işləməyən tibbi kadrlar yalnız sertifikasiya imtahanından sonra fəaliyyət göstərə biləcək”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Nazirliyin Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin Səhiyyə mütəxəssislərinin sertifikasiya şöbəsinin müdiri Şərafət İsmayılova bildirib.
Onun sözlərinə görə, 5 ildən çox müddətdə əmək fəaliyyəti olmayan ali və orta ixtisas təhsilli tibb işçiləri yenidən peşə fəaliyyətinə başlamaq üçün mütləq sertifikasiya imtahanında iştirak etməlidirlər.
Zeynəb Rzayeva
Bakı 



