• Bakı C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.9767

    RUB - 2.1982

Azərbaycan və İƏİT arasında əməkdaşlıq istiqamətləri müzakirə olunub

İQTİSADİYYAT

10 Dekabr 2025 | 17:32

Azərbaycan və İƏİT arasında əməkdaşlıq istiqamətləri müzakirə olunub

Azərbaycanla İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) arasında gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib.

Bakıvaxtı.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, müzakirələr nazir müavini Səməd Bəşirli ilə İƏİT-nin Qlobal Əlaqələr və Əməkdaşlıq Direktorluğunun Avrasiya İdarəsinin rəhbəri Vilyam Tompson arasındakı görüşdə aparılıb.

Məlumata əsasən, görüşdə Azərbaycan və İƏİT arasında əməkdaşlığın illər ərzində davamlı inkişaf etdiyi vurğulanıb. Bildirilib ki, iqtisadi diversifikasiyanın dəstəklənməsi, kiçik və orta sahibkarlığın inkişafı, xarici investisiyaların yerli təchizatçılarla əlaqələndirilməsi, rəqəmsallaşma və digər istiqamətlərdə görülmüş işlər tərəfdaşlığın praktiki nəticələridir.

Müxtəlif formatlarda keçirilən vebinar, seminar və yüksək səviyyəli görüşlərin tərəfdaşlığın inkişafına töhfə verdiyi qeyd edilib.

Tərəflər Azərbaycan və İƏİT arasında gələcək əməkdaşlıq istiqamətlərini, korporativ idarəetmə, maliyyə, ticarət və digər sahələrdə tərəfdaşlıq imkanlarını müzakirə ediblər.

 


SON XƏBƏRLƏR