• Bakı C

    6.82 m/s

  • USD - 1.7

    EUR - 1.9767

    RUB - 2.1982

ABŞ generalı Makkini Bakıdan sonra İrəvana yollanıb

SİYASƏT

10 Dekabr 2025 | 16:29

ABŞ generalı Makkini Bakıdan sonra İrəvana yollanıb

ABŞ-nin Avropa Komandanlığının Tərəfdaşlıq, Təhlükəsizlik sahəsində əməkdaşlıq və Kütləvi qırğın silahlarına qarşı mübarizə üzrə direktor müavini, general-mayor Kris Makkininin rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistanda səfərdədir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ-nin Ermənistandakı səfirliyi məlumat yayıb.

    Bildirilir ki, nümayəndə heyətinin səfərinin məqsədi 8 avqustda Ağ Evdə keçirilmiş sammitdə əldə olunan razılaşmaların dəstəklənməsidir.

    ABŞ-ın Avropa Komandanlığının Tərəfdaşlıq, Təhlükəsizlik sahəsində əməkdaşlıq və Kütləvi qırğın silahlarına qarşı mübarizə üzrə direktor müavini, general-mayor Kris Makkini 30 noyabr – 3 dekabr tarixlərində Bakıda səfərdə olub. Səfər çərçivəsində general-mayor MakKinni Müdafiə Nazirliyində və Fövqəladə Hallar Nazirliyində görüşlər keçirib.


    SON XƏBƏRLƏR