• Bakı C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.9767

    RUB - 2.1982

MÜTDA KSQ-də qeyri-etik sualın olması iddialarına cavab verib

CƏMİYYƏT

10 Dekabr 2025 | 17:02

MÜTDA KSQ-də qeyri-etik sualın olması iddialarına cavab verib

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) sosial şəbəkədə kiçik summativ qiymətləndirmədə (KSQ) yer alan sualla bağlı iddialara cavab verib.

Bakıvaxtı.az xəbər verir ki, Qurumdan Report-un sorğusuna cavab olaraq bildirilib ki, paylaşım edilmiş hissə ümumi təhsil müəssisələrində istifadədə olan 3-cü siniflər üçün dərsliklərdə mövcud deyil.

"Belə bir test tapşırığı təhsil idarəetmə orqanları tərəfindən ümumi təhsil müəssisələrinə təqdim olunmayıb. Mənbəyi məlum olmayan hər hansı çap materialının dərslik və ya tədris vəsaiti kimi ictimaiyyətə təqdim edilməsi, həmçinin əsassız və dəqiqləşdirilməmiş məlumatların paylaşılmaması xahiş olunur", - MÜTDA-dan qeyd edilib.

Qeyd edək ki, sosial şəbəkədə KSQ-də yer aldığı iddia olunan sualın cavab variantlarında "Atam həyətdə ... doğrayır" adam və odun sözlərinin yazıldığı foto paylaşılıb.


SON XƏBƏRLƏR