• Bakı 27° C

    5.14 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.1634

AMB: Manatın nominal effektiv məzənnəsinin daha da möhkəmlənəcəyi gözlənilir

İQTİSADİYYAT

23 Iyul 2025 | 12:44

AMB: Manatın nominal effektiv məzənnəsinin daha da möhkəmlənəcəyi gözlənilir

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il manatın nominal effektiv məzənnəsinin daha da möhkəmlənəcəyini gözləyir.

Bakıvaxtı.az xəbər verir ki, bunu AMB-nin baş direktoru Vüqar Əhmədov təmsil etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında bildirib.

"Avro-dollar məsələsi çox vacibdir. Bu məsələdə bir neçə ilə deyil, çox geniş dövrə baxmaq lazımdır. Manatın məzənnəsi sabit olsa da, dollar-avro münasibətləri dəyişir. Biz 20 illik dinamikaya baxsaq görərik ki, orta göstəriciyə qısamüddətli qayıdış ola bilər. Ancaq bu o demək deyil ki, digər valyutalar avro və dollar qarşısında dəyərini itirir. Dolların daima ucuzlaşacağı fikri doğru deyil. Spot dollar indeksinin manatın nominal effektiv məzənnəsinə təsiri çox aşağıdır", - deyə o qeyd edib.


SON XƏBƏRLƏR