• Bakı 26° C

    4.69 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.1634

Nazir: TDT-də müdafiə sənayesi əməkdaşlığı milli müdafiəni gücləndirəcək

CƏMİYYƏT

23 Iyul 2025 | 17:11

Nazir: TDT-də müdafiə sənayesi əməkdaşlığı milli müdafiəni gücləndirəcək

Türk dövlətləri arasında müdafiə sənayesi sahəsində qurulacaq möhkəm əməkdaşlıq mexanizmləri ortaq təhlükəsizlik maraqlarını təmin etməklə yanaşı, milli müdafiə potensialının da gücləndirilməsinə xidmət edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin müdafiə sənayesi qurumlarının rəhbərlərinin birinci iclasında deyib.

Nazir qeyd edib ki, Azərbaycan TDT-nin əhəmiyyətini yüksək qiymətləndirir və bu platforma yalnız siyasi və iqtisadi deyil, eyni zamanda, hərbi-texniki əməkdaşlığın dərinləşdirilməsi üçün strateji fürsətdir.

V.Mustafayev TDT ölkələrinin müdafiə sənayesi sahəsində birgə elmi-tədqiqat layihələrinin təşkili, texnoloji biliklərin mübadiləsi, mühəndis və texniki kadrların hazırlanması, qarşılıqlı təcrübə proqramları, həmçinin birgə istehsal kimi istiqamətlərdə böyük potensialının olduğunu vurğulayıb.

Bu təşkilatın müdafiə sənayesi sahəsində Türk dövlətlərinin texnoloji asılılığını minimuma endirmək üçün zəruri platforma olduğunu bildirən V.Mustafayev ölkələr arasında strateji əməkdaşlığın, həm də qlobal miqyasda sülhün və sabitliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını deyib.

İclasda müdafiə sənayesi sahəsində tərəfdaşlığın önəmindən danışılıb, hərbi-texniki sahədə əməkdaşlıq istiqamətləri müzakirə edilib.


SON XƏBƏRLƏR

23 Iyul 2025