• Bakı 26° C

    4.69 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.1634

Türkiyə “Eurofighter Typhoon” döyüş təyyarəsi ala biləcək

DÜNYA

23 Iyul 2025 | 17:14

Türkiyə “Eurofighter Typhoon” döyüş təyyarəsi ala biləcək

Almaniya Türkiyəyə “Eurofighter Typhoon” döyüş təyyarəsinin satışına icazə verib.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki,  Türkiyə ilə Böyük Britaniya arasında Türkiyənin “Eurofighter Typhoon” istifadəçisi kimi qəbul edilməsinə dair hərtərəfli razılaşma təmin edən Anlaşma Memorandumu imzalanıb.

Almaniya hökumətinin sözçüsü Stefan Kornelius Almaniya Müdafiə Nazirliyinin Türkiyəyə göndərdiyi məktubla bu təsdiqi verdiyini və hökumətin bu ixrac dəstəyini tərəfdaşları ilə yaxın koordinasiyada təmin etdiyini bildirib.

"Almaniya hökuməti sənayenin ilkin müraciətinə müsbət cavab verib. Müdafiə Nazirliyi də bunu Türkiyə hökumətinə çatdırıb", - Kornelius deyib.

Mətbuat katibi baş nazir Fridrix Merzin yunanıstanlı həmkarı ilə bu mövzuda görüşdüyünü təsdiqləyib.

Qeyd edək ki, Avropanın birgə hazırladığı 4,5 nəsil çoxməqsədli döyüş təyyarəsi “Eurofighter Typhoon” Böyük Britaniya, Almaniya, İtaliya və İspaniyanın daxil olduğu konsorsium tərəfindən istehsal olunur.

Murad Məmmədli


SON XƏBƏRLƏR

23 Iyul 2025