Nizami rayonu ərazisində 3 nəfərə məxsus mobil telefonlar, içərisində 1700 manat, kart və sənədlər olan pulqabı oğurlanıb.
Bakıvaxtı.az xəbər verir ki, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 32 yaşlı Y.Söhbətli müəyyən olunaraq saxlanılıb.
Rayon ərazisində qeydə alınan daha bir oğurluq hadisəsi zamanı paytaxt sakini olan bir nəfərə məxsus 950 manat dəyərində mobil telefonu oğurlamaqda şübhəli bilinən 17 yaşlı yeniyetmə də saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.