"Zirə" UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda Xorvatiya təmsilçisi “Hayduk”la heç-heçəyə razılaşıb.
Bakıvaxtı.az-ın məlumatına görə, cari mövsüm avrokuboklarda ilk rəsmi oyununa çıxan Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv 8-ci kilometr stadionunda rəqibi ilə 1:1 hesablı heç-heçə edib.
Bakı klubunun heyətində Brahim Konate (31) fərqlənib. Qonaqların heyətində isə Antoni Kalik (68) dəqiq zərbə müəllifi olub.
Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 30-da Xorvatiyada keçiriləcək.
20:56
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Zirə” - “Hayduk” (Xorvatiya) oyununda ikinci qol vurulub.
Bakıvaxtı.az-ın məlumatına görə, 8-ci km stadionunda keçirilən matçda hesab bərabərləşib - 1:1.
Qonaqların heyətində 68-ci dəqiqədə Antoni Kalik fərqlənib.
20:34
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Zirə” - “Hayduk” (Xorvatiya) oyununda ikinci hissə başlayıb.
Bakıvaxtı.az-ın məlumatına görə, 8-ci km stadionunda keçirilən matçda hesab 1:0 meydan sahiblərinin xeyrinədir.
"Qartallar"ın heyətində 31-ci dəqiqədə Brahim Konate fərqlənib.
20:17
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Zirə” - “Hayduk” (Xorvatiya) oyununda birinci hissə başa çatıb.
Bakıvaxtı.az-ın məlumatına görə, 8-ci km stadionunda keçirilən matçın ilk yarısı meydan sahiblərinin 1:0 hesablı üstünlüyü ilə yekunlaşıb.
"Qartallar"ın heyətində 31-ci dəqiqədə Brahim Konate fərqlənib
***
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Zirə” - “Hayduk” (Xorvatiya) oyununda hesab açılıb.
Bakıvaxtı.az-ın məlumatına görə, 8-ci km stadionunda keçirilən matçda ev sahibləri hesabda irəli çıxıb.
"Qartallar"ın heyətində 31-ci dəqiqədə Brahim Konate fərqlənib.
19:33
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Zirə” - “Hayduk” (Xorvatiya) oyunu start götürüb.
Bakıvaxtı.az-ın məlumatına görə, matç 8-ci km stadionunda keçirilir.
Qarşılaşmanı yunanıstanlı referi Kristos Vergetis idarə edir.