Bu il iyulun 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 77 milyard 669,5 milyon ABŞ dolları təşkil edib.
Bakıvaxtı.az xəbər verir ki, bunun 85,6 %-i və yaxud 66 milyard 515,6 milyon ABŞ dolları Dövlət Neft Fondunun (ARDNF), 14,4 %-i və yaxud 11 milyard 153,9 milyon ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.
Bu ilin II rübündə ölkənin valyuta ehtiyatları 3 milyard 902,8 milyon ABŞ dolları və yaxud 5,3 % artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 3 milyard 775,4 milyon ABŞ dolları və yaxud 6 %, AMB-nin valyuta ehtiyatlarında isə 127,4 milyon ABŞ dolları və yaxud 1,2 % artım olub.
Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 7 milyard 931,3 milyon ABŞ dolları və yaxud 11,4 % artıb. İl ərzində ARDNF-in valyuta ehtiyatları 8 milyard 515 milyon ABŞ dolları və yaxud 14,7 % artım, AMB-nin valyuta ehtiyatları isə 583,7 milyon ABŞ dolları və yaxud 5 % azalma nümayiş etdirib.
ARDNF-in valyuta ehtiyatları (milyon ABŞ dolları) | AMB-nin valyuta ehtiyatları (milyon ABŞ dolları) | Azərbaycanın strateji valyuta ehtiyatları (milyon ABŞ dolları) | |
01.07.2025 | 66 515,6 | 11 153,9 | 77 669,5 |
01.04.2025 | 62 740,2 | 11 026,5 | 73 766,7 |
01.01.2025 | 60 031,4 | 10 959,5 | 70 990,9 |
01.10.2024 | 61 697,6 | 11 795,8 | 73 493,4 |
01.07.2024 | 58 000,6 | 11 737,6 | 69 738,2 |