Bu ilin II rübündə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 15,8 ton qızıl alıb.
Bakıvaxtı.az bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, iyulun 1-nə ARDNF-in investisiya portfelində qızılın xüsusi çəkisi 28,8 % olub ki, bu da aprelin 1-i ilə müqayisədə 3 faiz bəndi çoxdur. Bu artımda qızıl alışı ilə yanaşı, onun qiymətinin artması da rol oynayıb.