23.07.2025-ci il tarixində saat 02:40 radələrində zəhərlənmə şübhəsilə 8 nəfər (4-ü kişi, 4-ü qadın cinsli olmaqla) Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə apa-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, pasiyentlərin hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.
***
09:49
Kürdəmir rayonunda məişət şəraitində baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) regional bölməsinin əməkdaşları müvafiq qurumlarla birgə araşdırmalar aparır.
Bu barədə Bakıvaxtı.az-a AQTA-dan məlumat verilib.
Qeyd olunub ki, agentliyin mütəxəssisləri hadisə yerinə baxış keçirərək, nümunələrin götürülməsi və laborator müayinələrə cəlb edilməsi istiqamətində müvafiq prosedurları icra edirlər.
İlkin ehtimala görə, hadisə ev şəraitində tələblərə riayət edilmədən hazırlanan və ya düzgün saxlanılmayan müxtəlif qidalardan baş verib.
Faktla bağlı araşdırmalar davam edir.
***
09:13
Kürdəmirdə qida zəhərlənməsi baş verib.
Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Cəyli kəndində qeydə alınıb. Kənddəki evlərdən birində qida qəbul edən 8 nəfər zəhərlənmə şübhəsi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Zəhərlənən şəxslərin kimliyi də məlum olub. Onlar 28 yaşlı Qabil Şükürov, 39 yaşlı Asudə Şükürova, 28 yaşlı Famil Şükürov, 51 yaşlı Şamama Şükürova, 31 yaşlı Şəlalə Şükürova, 17 yaşlı Şəbnəm Şükürova, 5 yaşlı Əli Xəlilov və 12 yaşlı Ömər Xəlilovdur.
Hazırda hadisənin dəqiq səbəbi araşdırılır.