• Bakı 24° C

    15.9 m/s

Cəlilabadda yanğın törədən şəxs məsuliyyətə cəlb edilib

HADİSƏ

21 Avqust 2025 | 20:03

Cəlilabadda yanğın törədən şəxs məsuliyyətə cəlb edilib

 Avqustun 21-də Cəlilabad rayonu Söyüdlü kəndinin ərazisindəki əkin sahəsində yanğın törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Bakıvaxtı.az-a bildirilib ki, araşdırmalarla yanğının 1980-ci il təvəllüdlü Oqtay Abbasov tərəfindən törədildiyi məlum olub.

Hadisə nəticəsində 2 hektar ərazidə quru ot və kol-kos yanıb.

Əməli törədən O.Abbasov barəsində məsuliyyət tədbiri görülüb.


SON XƏBƏRLƏR