• Bakı 23° C

    11.7 m/s

  • USD - 1.7

    EUR - 1.9536

    RUB - 2.1656

Tovuzda ağır qəza - 6 yaralı

HADİSƏ

24 Iyun 2025 | 09:05

Tovuzda ağır qəza - 6 yaralı

Tovuzda yol nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun girişində qeydə alınıb.

    Belə ki, hərəkətdə olan “VAZ 2017” və “OPEL” markalı minik avtomobilləri toqquşub.

    Qəza zamanı 1 azyaşlı olmaqla 6 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

    Onlara dərhal yardım edilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Xəsarət alanlar 2006-cı il təvəllüdlü B. Huseynov, 1982-ci il təvəllüdlü A. Əliyev, 1978-ci il təvəllüdlü E. Ələsgərov, 2006-cı il təvəllüdlü R. Qasımov, 2009-cu il təvəllüdlü H. Abdullayev və 2020-cı il təvəllüdlü R. Rüstəmovdur.

    Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.


    SON XƏBƏRLƏR

    23 Iyun 2025