• Bakı 21° C

    3.45 m/s

  • USD - 1.7

    EUR - 1.9536

    RUB - 2.1656

Gömrük postunda külli miqdarda siqaret və psixotrop dərman aşkarlandı

HADİSƏ

23 Iyun 2025 | 13:17

Gömrük postunda külli miqdarda siqaret və psixotrop dərman aşkarlandı

Naxçıvanda gömrükdə külli miqdarda siqaret və psixotrop dərman preparatı aşkar edilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən “Culfa” və “Naxçıvan Karqoterminal” gömrük postlarında yük nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq edilib.

    Yoxlama zamanı gömrük orqanına bəyan edilməyən, Azərbaycan Respublikasına məxsus məcburi nişanlanma ilə nişanlanmayan 80 000 ədəd siqaret və 100 ədəd psixotrop tərkibli “Alprazolom” dərman preparatı və 177 qutu müxtəlif növ dərmanlar aşkar edilib.

    Faktla bağlı araşdırma aparılır.


    SON XƏBƏRLƏR