• Bakı 22° C

    11.99 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1329

Moskva hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edildi

DÜNYA

25 May 2025 | 09:16

Moskva hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edildi

Rusiyanın paytaxtı Moskvanın Şeremetyevo, Jukovski və Domodedovo hava limanlarının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Rosaviasiya” məlumat yayıb.

    "Domodedovo və Jukovski hava limanlarında saat 02:00-dan etibarən təyyarələrin gəliş-gedişinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib", - idarənin açıqlamasında bildirilir.

    Saat 02:00-dan Şeremetyevo hava limanında da məhdudiyyətlər tətbiq edilib. Moskva vaxtı ilə saat 01:17-dən etibarən Vnukovo hava limanında müvəqqəti məhdudiyyətlər qüvvədədir.

    Belə ki, bütün paytaxt hava limanlarında məhdudiyyətlər qüvvədə olub.

    Saat 02:25-də Domodedovo və Jukovski hava limanlarının fəaliyyətinə qoyulan məhdudiyyətlər aradan qaldırılıb. Moskva vaxtı ilə saat 02:35-də Şeremetyevo hava limanında məhdudiyyətlər götürülüb.

    Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyinin təmin edilməsi zərurəti ilə əlaqədar təyyarələrin uçuş və gəlişinə məhdudiyyətlər artıq mayın 24-də saat 23:35-də Domodedovo və Jukovskidə tətbiq edilib, lakin sonra ləğv edilib.

    Bundab başqa mayın 24-ü Moskva vaxtı ilə saat 21:45-dən etibarən Kaluqa hava limanı da bağlı qalır.


    SON XƏBƏRLƏR

    24 May 2025