ABŞ-ın Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndə Tom Barak Suriyanın Prezidenti Əhməd əş-Şara ilə görüşüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Barak öz X hesabında paylaşım edib.
Görüş zamanı Barak bildirib ki, ABŞ-ın Suriyaya qarşı sanksiyalarının bu yaxınlarda ləğvi Vaşinqtonun regiondakı tərəfdaşlarına ölkəyə humanitar və maliyyə yardımı, eləcə də enerji resursları təqdim etməyə imkan verəcək:
“ABŞ administrasiyası Suriya hakimiyyətindən terror qruplaşması ilə mübarizəni davam etdirəcəyini gözləyir”./axar.az