İranın Qətərdəki “Əl-Udeyd” aviabazasına endirdiyi zərbələrdən sonra Birləşmiş Ərəb Əmirlikləri hava məkanını bağlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu haqda “Flightradar” beynəlxalq təyyarə izləmə xidməti bildirib.
“Uçuş marşrutu məlumatlarına və hava hərəkətinin idarə edilməsi ilə radio rabitəsinin audio yazılarına əsasən, BƏƏ-nin hava məkanı hazırda bağlıdır”, - xidmətin “X” səhifəsində qeyd olunub.