Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Metin Gürak Rusiya və Ukrayna arasında danışıqların üçüncü raundunun keçiriləcəyi İstanbuldakı Çırağan sarayına gəlib.
Bakıvaxtı.az xəbər verir ki, Türkiyə Milli İstehbarat Təşkilatının rəhbəri İbrahim Kalın da daxil olmaqla türk nümayəndə heyəti Çırağana təşrif buyurub.
NTV telekanalının məlumatına görə, Rusiya-Ukrayna danışıqlarının açılışında Türkiyənin xarici işlər naziri Hakan Fidan çıxış edəcək.