• Bakı 23° C

    12.26 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1329

Xankəndi şəhərində 51 abituriyent üçün ilk dəfə qəbul imtahanı keçirilir - YENİLƏNİB

CƏMİYYƏT

25 May 2025 | 10:00

Xankəndi şəhərində 51 abituriyent üçün ilk dəfə qəbul imtahanı keçirilir - YENİLƏNİB

Bu gün II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, bu gün həmçinin Xankəndi şəhərində də qəbul imtahanı baş tutub.

Belə ki, bu işğaldan azad edilən bölgələrdə keçirilən ilk qəbul imtahanıdır.

İmtahanlar Qarabağ Universitetində təşkil olunub. 

İmtahanlarda Xankəndi ilə yanaşı, Xocalı, Ağdərə, Şuşa və Laçında məskunlaşmış abituriyentlər iştirak ediblər. Bununla yanaşı, Füzulidə M.Uluqbəy adına məktəbin, Cəbrayılda M.Mehdizadə adına məktəbin və Zəngilanda Ağalı kənd tam orta məktəbinin cari il məzunları da qəbul imtahanlarını Xankəndi şəhərində veriblər. 

İmtahanda 51 abituriyentin iştirakı nəzərdə tutulub. Həmin abituriyentlərdən 23-ü oğlan, 28-i isə qızdır. 

İmtahanın idarə olunmasına 1 imtahan rəhbəri, 5 nəzarətçi və 1 bina nümayəndəsi cəlb olunub.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi 2023-cü ildən etibarən işğaldan azad olunan bölgələrdə ümumi və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının keçirilməsinə başlayıb. İlk buraxılış imtahanı Zəngilan rayonu Ağalı kənd tam orta məktəbində keçirilib. Daha sonra Laçın (Laçın şəhər 2 nömrəli və Zabux kənd tam orta məktəbi), Füzuli (M.Uluqbəy adına 1 nömrəli məktəb) və Ağdərədə (Talış kənd tam orta məktəbi), 2025-ci ildə isə Şuşa (1 nömrəli tam orta məktəb), Xankəndi (4 nömrəli tam orta məktəb), Xocalı (1 nömrəli tam orta məktəb), Cəbrayıl (M.Mehdizadə adına tam orta məktəb) və Laçında (Sus kənd tam orta məktəbi) ilk dəfə buraxılış imtahanları keçirilib.

 

***08:36

Bu gün 51 abituriyent Xankəndi şəhərində II və III ixtisas qrupları üzrə qəbul imtahanı verəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Qeyd edək ki, bu işğaldan azad edilmiş bölgələrdə təşkil edilən ilk qəbul imtahanıdır.

Məlumata əsasən imtahan Qarabağ Universitetində keçiriləcək.

İmtahanda Xankəndi ilə yanaşı, Xocalı, Ağdərə, Şuşa və Laçında məskunlaşmış abituriyentlər iştirak edəcəklər. Bununla yanaşı, Füzulidə M.Uluqbəy adına məktəbin, Cəbrayılda M.Mehdizadə adına məktəbin və Zəngilanda Ağalı kənd tam orta məktəbinin cari il məzunları da qəbul imtahanlarını Xankəndidə verəcəklər.

Qeyd edək ki, imtahan sənədləri və şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə abituriyentlər və onları müşayiət edəcək valideynlərinin Xankəndi şəhərinə səfərinə icazə verilir.


SON XƏBƏRLƏR

24 May 2025