• Bakı 21° C

    7.69 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.1656

Bu binalarının tikintisi üçün yeni qaydalar müəyyənləşdirilir

CƏMİYYƏT

24 Iyun 2025 | 12:41

Bu binalarının tikintisi üçün yeni qaydalar müəyyənləşdirilir

Təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) nəticəsində məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisi qaydaları müəyyənləşdirilir.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin  bu gün keçirilən iclasında müzakirə olunan Mənzil Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) nəticəsində məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş, icbari sığortası olan yaşayış sahələrinin əvəzinə yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının dövlət vəsaiti hesabına tikintisi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərar qəbul edilə biləcək.

Həmin qərarda sifarişçinin funksiyalarını yerinə yetirəcək dövlət orqanları (qurumları) müəyyən ediləcək.

Məcəllədə nəzərdə tutulan qəza vəziyyətində olan mənzillərin (yaşayış binalarının) yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasına dair tələblər yuxarıda müəyyən edilmiş hallara şamil edilməyəcək.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Mina Mikayılova


SON XƏBƏRLƏR