• Bakı 25° C

    2.15 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

Tələbə krediti almaq istəyənlərin nəzərinə!

CƏMİYYƏT

24 Iyul 2025 | 10:58

Tələbə krediti almaq istəyənlərin nəzərinə!

Təhsil Tələbə Krediti Fondu 2025–2026-cı tədris ilinin payız semestri üzrə müraciətlərin qəbuluna başlayıb.

Bakıvaxtı.az Təhsil Tələbə Krediti Fonduna istinadən xəbər verir ki, 2025-2026-tədris ili üzrə ali təhsil pilləsinin magistratura səviyyəsinə qəbul olunmuş, həmçinin ali, orta ixtisas və peşə təhsili müəssisələrində 2-ci və daha yuxarı kurslarda təhsil alan tələbələr bu gündən e-ttkf.edu.az portalına daxil olaraq təhsil tələbə kreditindən yararlana bilərlər.

Magistraturaya qəbul olmuş tələbələr portal.edu.az vasitəsilə tələbə qeydiyyatı prosesini həyata keçirən zaman paralel olaraq təhsil tələbə kreditinə də müraciət edə bilərlər.

Təhsil tələbə kreditləri respublikamızın ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin ali təhsil pilləsinin bakalavriat və magistratura səviyyələrində, orta ixtisas təhsili pilləsində və peşə təhsili pilləsinin texniki peşə və yüksək texniki peşə təhsili səviyyəsində əyani və ödənişli əsaslarla təhsil alan tələbələr, əvvəlki semestrlər üzrə akademik borcu olmayan, Azərbaycan vətəndaşları üçün nəzərdə tutulub.

Statistikaya əsasən, 2024-2025-ci tədris ilində 21 minə yaxın təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib.


SON XƏBƏRLƏR