• Bakı 26° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

Bu sular daha ağır xəstəliklərə yol aça bilər: Terapevtdən XƏBƏRDARLIQ

CƏMİYYƏT

24 Iyul 2025 | 10:56

Bu sular daha ağır xəstəliklərə yol aça bilər: Terapevtdən XƏBƏRDARLIQ

Xəbər verdiyimiz kimi, Suraxanıda həyətə gələn su maşını binanın yanğınsöndürmə anbarından su çəkərək əhali üçün satış həyata keçirir.

Bəs, bu suyun insan sağlamlığına hansı təsirləri var?

Mövzu ilə bağlı həkim-terapevt Günay Lətifova Bakıvaxtı.az-a bildirib ki, analiz olunmamış, mənşəyi bəlli olmayan sudan istifadə etmək, yaxud belə su ilə təmin olunmaq yolverilməzdir. Onun sözlərinə görə, su təchizatında fasilə yarandıqda insanların alternativ yollar axtarması başa düşülən olsa da, lakin bu zaman sağlamlıq amili heç bir halda arxa plana atılmamalıdır.

G.Lətifova qeyd edib ki, içməli suyun istifadəyə verilməzdən öncə laborator analizlərdən keçirilməsi, onun tərkibində insan sağlamlığına zərərli maddələrin olub-olmamasının yoxlanması vacibdir:

“Yalnız bütün analizlər müsbət nəticə verdikdə bu sular satışa buraxılır. Eyni zamanda, su satışı ilə məşğul olan məkanlara aidiyyəti qurumlar tərəfindən mütəmadi olaraq sanitar nəzarət həyata keçirilir”.

Günay Lətifova, terapevt

Müsahibimiz əlavə edib ki, əgər bu məsələlərə ciddi yanaşılmasa, bir sıra ciddi sağlamlıq problemləri yarana bilər. Dediyinə görə, ən çox rast gəlinən hallar bakterial infeksiyalardır ki, bunlar əsasən həzm sistemi, mədə və bağırsaqlarda özünü göstərir:

“Bu cür bakteriyalar müxtəlif yoluxucu xəstəliklərin, o cümlədən hepatitlərin, spitin, hətta immun çatışmazlığı ilə bağlı daha ağır xəstəliklərin yaranmasına səbəb ola bilər”.

Həmsöhbətimiz onu da nəzərə çatdırıb ki, bəzən vətəndaşlar küçələrdə açıq krantlardan birbaşa su içirlər. Terapevt vurğulayıb ki, bu sular qaynadılmadığı, filtrasiya olunmadığı üçün bakterial fəsadların yaranma ehtimalını artırır:

“Əgər su içdikdən sonra hər hansı narahatlıq hiss olunarsa, fəsadlaşma olmamış həkimə müraciət etmək mütləqdir”.

Mina Mikayılova


SON XƏBƏRLƏR