• Bakı 22° C

    11.99 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1329

Azərbaycan səfiri Ekvador Prezidenti ilə görüşüb

SİYASƏT

25 May 2025 | 08:37

Azərbaycan səfiri Ekvador Prezidenti ilə görüşüb

Azərbaycanın Ekvadordakı səfiri Rəşad Novruz dövlət başçısı kimi and içmiş ölkə Prezidenti Daniel Noboa ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, azərbaycanlı diplomat bu barədə “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Ekvador Prezidenti Daniel Noboa və vitse-prezident Mariya Xose Pinto ilə görüşməkdən böyük şərəf duydum", - səfir qeyd edib.

O, həmçinin əlavə edib ki, Ekvador rəhbərinə Azərbaycan Prezidenti İlham Əliyevin təbriklərini və iki ölkə arasında əlaqələrin genişləndirilməsi niyyətini çatdırıb.

Xatırladaq ki, aprelin 13-də Ekvadorda prezident seçkilərinin ikinci turu keçirilib. Milli Seçki Şurası hazırkı dövlət başçısı Daniel Noboanı qalib elan edib. Protokolların 99,47 %-nin sayılmasından sonra dərc edilən məlumatlara görə, seçicilərin 55,60 %-i ona, 44,40 %-i isə rəqibi Luis Qonzalesə səs verib.


SON XƏBƏRLƏR

24 May 2025