• Bakı 14° C

    3.76 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Tiflisin mərkəzində atışma 

DÜNYA

25 May 2025 | 11:54 | Müəllif: Subhan Mahmudov

Tiflisin mərkəzində atışma

Tiflisin mərkəzindəki Qəhrəmanlar meydanında BMV markalı avtomobilin sürücüsü atəş açıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Formula” telekanalı məlumat yayıb.

Məlumata görə, sürücü əlini avtomobilin pəncərəsindən çıxararaq bir neçə nəfərin toplaşdığı yerə atəş açıb. Onun həmin şəxslərlə mübahisəsinin olduğu bildirilib.

Hadisə yerinə polis gəlib.

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, atışma zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma başlanılıb.

Atəş açan şəxsin tutulması ilə bağlı məlumat verilməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Oktyabr 2026