İranın Həmədan əyalətinin Resen və Nəhavənd şəhərlərində İsrail kəşfiyyat xidməti "Mossad"ın göstərişi ilə fəaliyyət həyata keçirən 6 nəfər həbs edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.
"Bu muzdlular kiberməkanda məqsədyönlü hərəkətlər edərək, İsrail agentləri ilə ünsiyyət quraraq, ictimai iğtişaşlar törətməyə, İran rejiminin imicini ləkələməyə və məhv etməyə cəhd göstəriblər. Lakin onların hərəkətlərinin qarşısı vaxtında əldə edilən kəşfiyyat məlumatları ilə alınıb", - məlumatda bildirilib.