"Tesla"-nın 2025-ci ilin ikinci rübündə xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 16 faiz azalaraq 1,2 milyard dollar olub.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Belə ki, məlumata görə, şirkət ötən il bu dövrdə 1,4 milyard dollar mənfəət əldə etmişdi.
Bildirilib ki, gəlirlər də 12 faiz geriləyərək 22,5 milyard dollara düşüb. Səhm başına qazanc isə 40 sentdən 33 sentə enib.
Nəticələr bazar gözləntilərindən aşağı olub.
Əli Hüseynov