• Bakı 31° C

    3.13 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

Arif Babayev xaricə aparılır? – Mənsum İbrahimovdan AÇIQLAMA

CƏMİYYƏT

25 Iyul 2025 | 13:08

Arif Babayev xaricə aparılır? – Mənsum İbrahimovdan AÇIQLAMA

“Arif  Babayevin oğlu Yaşarla danışdım. Sağlıq durumu bir az stabilləşib. Artıq əl-ayağını tərpədir, müalicə davam edir”.

Bu barədə Bakıvaxtı.az-a Xalq artisti Mənsum İbrahimov ustad sənətkar, Xalq artitsi Arif Babayevin səhhəti ilə bağlı danışarkən bildirib.

Onun sözlərinə görə, A.Babayev aparata qoşulub, səhhəti yaxşılaşmağa doğru gedir:

“Müsbət irəliləyiş var. Dua edək ki, yaxşı olsun. Bizim böyük sənətkarımızdır. Hamı narahatdır”.

M.İbrahimov qeyd edib ki, A.Babayevin müalicə üçün hansısa xarici ölkəyə aparılmasına inanmır:

“Onu bu vəziyyətdə heç bir yerə aparmaq olmaz, aparata qoşulub axı. Məncə, bizim peşəkar həkimlərimiz lazımi prosedurları həyata keçirirlər”.

İbrahimov Babayevin Qaxda olmasına da münasibət bildirib:

“Arif müəllimin Qaxda evi var. Yayın istisində uzaq yol gedib. Biz özümüz gedəndə yoruluruq. Ürəyi darıxıb, israr edərək, Qaxa getmək istədiyini bildirib. Gedib, orada da halı pisləşib. Muğamımızda ağsaqqaldır. Hər birimiz dünyadan köçəcəyik, amma həyatda, sənətdə iz qoymaq hər adama nəsib olmur. Allah Arif müəllimə şəfa versin”.

Qeyd edək ki, Xalq artisti  Arif Babayevin vəziyyəti açıqlanıb.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Mərkəzi Klinik Xəstəxanadan məlumat verilib. Qeyd olunub ki, Arif Babayev dünən axşam saatlarında Mərkəzi Klinikaya müraciət edib.

Aydın Baxış


SON XƏBƏRLƏR

25 Iyul 2025