Çinin şimalında yerləşən mis-molibden filizlərinin zənginləşdirilməsi zavodunda baş verən qəza nəticəsində altı nəfər həlak olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Xinhua“ agentliyi məlumat yayıb.
Hadisə Çinin Hulun-Buyr şəhərində yerləşən “China National Gold Group” şirkətinə məxsus müəssisədə qeydə alınıb.
Məlumata görə, həlak olanların hamısı Şimali-Şərq Universitetinin tələbələridir.
İstintaq materiallarına əsasən, ekskursiya zamanı tələbələr üzərində dayandıqları barmaqlıq lövhənin çökməsi nəticəsində flotasiya kamerasına yıxılıblar.
Onların müəllimi də hadisə zamanı xəsarət alıb.
Hazırda polis hadisənin təfərrüatlarını araşdırır, istintaq davam etdirilir.